Texniki Dəstək

Bizim şirkət satışdan əvvəl dəstək, müştəri məsələləri üzrə konsultasiya, bütün təqdim olunan proqram təminatının quraşdırılması, həyata keçirilməsi və satışdan sonra destək kimi xidmətləri təklif edir. İşçi heyətimiz hər hansı bir əmələ gələn qüsurları operativ şəkildə həll etmək və həmçinin lazım olan məlumatı müştərilərimizə təqdim etmək qabiliyyətindədir.

Nova.Net şirkəti təqdim olunan məhsulların 100% istehsalçısı və müəllifi olduğundan texniki dəstək heç bir gecikmə olmadan və tam həcmdə həyata keçirilir.

Hər bir məhsul satış tarixinden başlayaraq 3 ay ərzində pulsuz texniki dəstək ilə təmin olunur. Qeyd olunan müddətdən sonra texniki dəstəyi təmin etmək üçün müqavilə bağlanır. Texniki dəstəyin qiyməti məhsuldan, şirkətin ölçüsündən, istifadəçilərin və (və ya) qoşulan cihazların sayından, obyektin uzaqlığından, müştərinin xüsusi tələblərindən ve bəzi başqa səbəblərdən asılı olaraq təyin olunur.

Nova.Net məhsulları ilə əlaqədər problemlərin aradan qaldırılması, həmçinin məhsulun pulsuz yenilənməsi texniki dəstəyə daxildir.

Qeyd olunan dəstəyə bilgisayarlarda və başqa cihazlarda Nova.Net məhsulları ilə birlikdə istifadə olunan əməliyyat sistemin və diqər programların, şəbəkə bağlantıları ve internet problemlərin həlli, viruslardan zərər, və həmçinin müştəri tərəfindən razılaşdırılmamış şəkildə proqramın parametrlərin dəyişilməsi səbəbindən yaranan problemlərin aradan qaldırılması daxil deyil.

Bundan başqa texniki dəstəyə yeni işçilərin təlimi, Nova.Net məhsulların köhnə cihazlarda yenidən və ya təzələrdə qurulması, məlumat bazasın yenidən təşkil olunması və sazlanması kimi işlər daxil deyil.

Texniki dəstək ancaq yüksək sürətli internet (minimal 4Mbit/s) və Nova.Net məhsulu quraşdırılan server və ya bilgisayara uzaqdan giriş olduğu halda tam şəkildə mümkün olur.

DİQQƏT: Nova.Net şirkəti tək servis çağırış əsasında texniki dəstək xidməti təmin etmir, butun müqavilələr ancaq aylıq və ya rüblük ödəniş əsnasında bağlanılır və həmin müqavilə dövrü ərzində servis çağırışların və müraciətlərin miqdarı məhdudlaşdırılmır.