Satış/Anbar həlləri

Nova.Net şirkəti pərakəndə və topdan satış müəssisələr üçün aşağıda göstərilən sistem və avadanlıqlardan ibarət olan kompleks həlləri təklif edir

InShop – satış proseslərin idarəetməsini, anbar durmunun nəzarətini, alışların planlaşdırılması, malların hərəkətini nəzarətini həyata keçirən proqram kompleksidir.

Geniş mal çeşidinə malik satış müəssisələr üçün. Bir neşə filialların və ya satış nöqtələrin əməliyyatların və hesabatın aparılmasına imkan verir. Müştərilərin CRM bazasının aparılması, anbarın bir neçə göstərici üzrə nəzarəti, promo kampaniyaların, mövsum endirimlərin yeridilməsi. Eyni zaman müəssisənin maliyyə idarəetməsini və fəaliyyətin təhlili üçün zəruri olan hesabatların hazırlanmasına imkan verir.

POS avadanlıq

POS kompyuterlər, touch screen monitorlar, çek printeləri, barkod skanerləri, kard oxuyucuları və bu tipli başqa qurğular buraya daxildir. POS kompyuterlər məlumatın daxil edilməsini rahatlaşdırır və tezləşdirir, lazım olan malın və ya xidmətin sistemdə axtarışını, hesabları və çeklərin hazırlanma və çapını sürətləndirir.

Daimi müştərilərin dəstəyi proqramı ilə çalışan müəssisələr üçün barkod skaner və müxtəlif növ kart oxuyucuları lazım olan məlumatın, bonusların hesablanmasnın, endirimlərin təqdim edilməsinin həyata keçirilməsi üçün labud alətlərdir.

Mobil terminallar anbarların çevik nəzarəti və təftişini, lazım olan malların axtarışını və qaimələrin hazırlanmasına imkan verir.

Giriş-çıxış nəzarət sistemləri (Access Control)

Həm biometriya göstəriciləri (barmaq izləri, gözün torlu qişası), həm də elektron vasitələri (kartlar, qolbaqlar və s.) əsasında giriş və çıxışa izni vermək və nəzarəti təmin edən avadanlıq. Bundan başqa turniketlər, maqnit və elektron qıfıllar, bütün bu növ avadanlıq müəyyən otaqlara və ya binanın hissələrinə həm işçiləriniz həm də müştəriləriniz üçün daxil olmağın və çıxışın qadağan olunmasını, icazə verilməsini və məhdudlaşdırılmasını təmin edir.

Bunların vasitəsi ilə yalnız yerlər və onlara daxil olmaq və çıxmaq hüquqları deyil, həmçinin buna hansı vaxt həyata keçirilməsini mümkün olduğunu müəyyən edə bilərsiniz.

Video müşahidə və təhlükəsizlik sistemləri

Videoizləmə, qorunma siqnalvermə və başqa təhlükəsizlik avadanlığı işçilərə, kassa əməliyyatlarına, satıcılara, reception-a nəzarət, eyni zaman təhlükəsiz işin təmin olunması, baş verən hadisələrin videoyazısına qeydə alınmasını təmin edən avadanlıqdır.

Sifarişçinin tələblərindən asılı olaraq həm analoq və həm də rəqəmasal tipli avadanlığın təminatı mümkündür. Hadisələrin daimi qeydə alınması, kameralara canlı rejimdə və yazılan videoməlumatına internet üzərindən biglisayardan və ya mobil qurğudan qoşulması təmin edilir.

Bundan başqa kassanın işini nəzarət edən xüsusi kamera avadanlığın, hadisələrin axtarış sisteminə, insan üzünün tanınmasına imkan verən intellektual proqram təminatın təmin olunması mümkündür.

Teleyayım və Rəqəmsal paylaşma

Video məlumatın əks edilməsini, zəruri məlumatın, reklam tipli videoların müştərilərə çatdırılmasını təmin edən Reklam və məlumat panelləri və elektron köşklər (Digital Signage)

Mərkəzi yayım nöqtəsi ilə əlaqədə olan və müvafiq məlumatı yayan ekranlar (displeylər) və terminallar istənilən məlumatı müştərilərə çatdırılma işini asanlaşdırır və müəssisənin işini daha gəlirli edir.

IT, Kabel və kommunikasiya sistemləri

Data və başqa zəif akım kabel sistemləri, routerlər, paylaşdırıcı qurğular – bunlar sizin müəssisənin müxtəlif şöbələrini birləşdirən, eyni zaman müştəriləriniz üçün rabitə təmin edən informasiya-kabelləşmə strukturunu təşkil edən avadanlıqdır.

Buraya elektrik kabellər, paylaşdırıcı panellər, elektrik qidalanma və ehtiyat qidalanmanı təmin edən sistemlər daxildir. Tələbat üzrə ofisinizin, binanın kabel strukturlamanın səmərəli dizaynı gələcəkdə elektrik sisteminin nəzarət və idarə etmə imkanını yaradır, bu da öz növbədə enerjy sərfiyyatını kifayət qədər azaldır.

Eyni vaxt elektrik qoruma qurğuları (UPS, generatorlar, gərginlik tənzimləyiciləri) avadanlığınızın elektrik cərəyanından zədələnməsinə imkan vermir, onların istismar müddətini uzadır, işinizi boş dayanmaqdan və məlumatın itirilməsindən qoruyur