Restoran/Kafe həlləri

Nova.Net şirkəti ictimai qidalanma müəssisələri üçün aşağıda göstərilən sistem və avadanlıqlardan ibarət olan kompleks həllər təklif edir

InResto restoran, kafe və bu tipli müəssisələr üçün idarəetmə proqram kompleksi. Menyunun müxtəlif formada tərtib olunma imkanı, yeməklərin tərkibini və qiymətlərinin uyğunlaşdırılması, sifarişlərin qəbulu və hazırlanması, masaların və oturan yerlərin zalda (və ya bir neçə zallarda) təyin olunması, mühasibat və uçot imkanları. InResto CRM üzrə müştərilər bazasını idarəetmək, lazım olan hesabatların hazırlanması və tərtib edilməsi, müəssisənin işinin təhlilini keçirmək imkanlarına malikdir.
InResto 2 əsas moduldan ibarətdir: müştərilər ilə iş aparmaq üçün modul (FrontOffice) və uçot və hesabatlar modulu (BackOffice).
POS-avadanlıq
POS kompyuterlər, POS touch screen monitorlar, kassa və mətbəx üçün printer çekləri. Barkod skanerlər, kart oxuyucuları (“daimi müştəri” kartların oxunması üçün və buna bənzər). POS kompyuterlər sifarişlərn tez və rahat daxil edilməsini, həmçinin hesabın hazırlanma və çap göndərilməsini təmin edirlər. Ehtiyac olduğu hallarda mətbəx və zal arasımda interaktiv əlaqə yaratmaq imkanı da vardır.
Mətbəxdə quraşdırılan çek printerlər aşbazlara ofisiant və ya administrator tərəfindən qəbul edilən sifarişləri dərhal görmək imkanını verirlər.
İP-telefoniya
İP-telefoniya yemək sifarişlərin çatdırılması ilə məşğul olan müəssisələr üçün Call Center həllini əldə etmək imkanını verir, InResto proqram təminatı ilə inteqrasiya sahəsində daxil olan zənglərin və sifarişlərin hazırlanması sürətləndirə bilər. İP-telefoniya ünsiyyət rahatlığı, sürətli əlaqə və işçilər arasında (istər bir ofis içində, istərsə müxtəlif nöqtələrdə, hətta xaricdə olduğu hallarda) keyfiyyətli və ucuz rabitə əldə etməsinə imkan verir.
Video müşahidə və təhlükəsizlik sistemləri
Videoizləmə, qorunma siqnalvermə və başqa təhlükəsizlik avadanlığı işçilərə, kassa əməliyyatlarına, ofisiantların, mətbəx və başqa şöbələrə nəzarət etməyi, eyni zaman təhlükəsiz işin təmin olunması, baş verən hadisələrin videoyazısına qeydə alınmasını təmin edən avadanlıqdır.
Qeydiyyatın (yazılışın) aparılması quraşdırılan yaddaş qurğularından istənilən hadisənin bir daha baxmaq imkanı verir. Eyni zaman xüsusi proqram təminatı lazım olan hadisəni video yazıların arasında tez tapılmasına kömək edir.

Teleyayım və interaktiv TV
Video məlumatın əks edilməsini, zəruri məlumatın, reklam tipli videoların müştərilərə çatdırılmasını təmin edən Reklam və məlumat panelləri və elektron köşklər (Digital Signage). Bundan başqa masaları məlumatın və sifarişlərin tez daxil edilməsi üçün qurğular (planşet, mobil qurğular) ilə təmin etmək olar.
Mərkəzi yayım nöqtəsi ilə əlaqədə olan və müvafiq məlumatı yayan ekranlar (displeylər) və terminallar istənilən məlumatı müştərilərə çatdırılma işini asanlaşdırır və müəssisənin işini daha gəlirli edir.
Avadanlıq və proqram təminatını eyni şirkət tərəfindən təchiz olunması sistemlərin bir-birinə bağlanması və inteqrasiyası eyni zaman gələcəkdə texniki dəstəyin göstərilməsini sifarişçi üçün rahat və səmərəli edir.