Layihə Həlləri

Şirkətimiz tərəfindən təklif olunan hazır məhsullardan başqa Nova.Net şirkətinin müştəriləri müxtəlif sahələrdə fəaliyyət göstərən qurumların biznesin avtomatlaşdırılması üçün xüsusiləşdirilmiş həllər əldə edə bilərlər.

Layihə üzrə proqram təminatə məhsulların hazırlanması bir neçə mərhələdən ibarətdir, bunlar aşağıda göstərilən kimidir:

  • müştərinin tələblərin, eyni zaman mövcud müəssisənin biznes-əməliyyatların xüsusiliyini müəyyən edilməsi
  • avtomatlaşdırma həllinin ilkin planının hazırlanması
  • texniki tapşırığın hazırlanması
  • proqram təminatının email
  • proqram təminatının test edilməsi
  • proqram təminatının yeridilməsi və işçilərə təlimin keçirilməsi

Hazır proqram təminatı məhsulları halındaki kimi biz müvafiq layihə üçün lazım olan avadanlığını siyahısını hazırlayıb, müştəriyə təqdim edirik və müştərinin istəyi ilə təchizatını həyata keçiririk. Belə yanaşmanın üstünlüyü inteqrasiya olunmuş həllin bir təchizatçı tərəfindən alınmasıdır, və həmin təchizatçıdan gələcəkdə tam layihə üzrə texini dəstəyin – həm proqram təminatı hissəsinə, həm də təchiz olunmuş avadanlığa – bir nöqtədən təqdim olunmasıdır.

Biz həmçinin sifarişçinin tələblərinə əsaslanaraq biznesin avtomatlaşdırılması üzrə konsaltinq (məsləhətvermə) xidmətlərini təqdim edə, lazımi hallarda tələblərin tərtib edilməsi və biznes prosesslərin təkmilləşmə məsələlərində iştirak edə bilərik. Bəzi hallarda şirkətimizin mütəxəssisləri biznesin inkişaf səviyyəsindən və başqa amillərdən asılı olaraq proqram məhsulun müəyyən hissələrin və ya modulların dəyişildirilməsini və təkmilləşməsini həyata keçirə bilərlər.

Gələcəkdə təqdim olunmuş layihə həllin funksionalın artırılması, eyni zaman sifarişçinin arzusundan asılı olaraq genişləndirilmiş texniki dəstəyin həyata keçirilməsi mümkündür.

Nova.Net şirkəti müxtəlif müəssisələr üçün layihə həllərin hazırlanmasında kifayət qədər təcrübə və həmin həllərin geniş çesidli siyahısını əldə etmişdir.

Bunların arasında

  • Ödəmələrin təhlil sistemi («BP-Technip », «Special State Security Service»)
  • Sənəd dövriyyəsinin nəzarəti («BP-Technip»)
  • Pediatrik şöbə üçün proqram təminatı («MediClub»)
  • Sığorta biznesin aparılması üçün proqram təminatı («Thames Insurance»)
  • Anbar və mühasibat («Delfin Hotel», «Construmat», «Arash», «EuroMed», «Optimal Autoservis»)
  • Təqdim olunan ölçülər üzrə pəncərə üçün plastik şüşə paketlərin qiymətinin hesablanma sistemi