Nova.Net şirkəti ilə əməkdaşlıq üçün 10 səbəb

№1 Məhsullarımız yerli bazar və biznesin xüsusiyyətlərinə uyğun hazırlanıb, eyni zaman Azərbaycan qanunvericiliyinin xüsusiyyətləri nəzərə alınıb.

№2 Hər bir proqram təminatının texniki dəstəyi dərhal həyata keçirilir və hər bir cür yaranan problemlər tezliklə işçilərimiz tərəfindən həll olunur. Rəqib şirkətlərin əksəriyyəti xarici mənşəli olduğundan Azərbaycanda texniki dəstəyi mövcud olmur, ya da məhdudlaşdırılmış şəkildə təqdim edilir. Eyni zaman rəqib şirkətlərin texniki dəstəyin dəyəri şirkətimizin qiymətlərindən 2-3, bəzən isə bir çox dəfə yüksək olur.

№3 Müəssisənin xüsusi iş prinsiplərinə və sifarişçinin tələbatlarına uyğun istənilən əlavələr edilə bilər. Adətən rəqib şirkətlərdə bu prosess uzun bir zaman çəkir, hətta əksər hallarda mümkün olmur.

№4 Bütün məhsullarımız bir-biri ilə inteqrasiya oluna bilər. Yəni bir dam altında bir neçə xidmət növü fəaliyyət göstərisə, onların proqram və avtomatlaşdırma həlləri Nova.Net şirkəti tərəfindən təmin edilə bilər və onlar eyni müştəri bazasının istifadəsini, maliyyə hesabatların uyğunlaşdırılmasını və s. həyata keçiriə bilərlər. Misal üçün, otelinizdə fitness və restoran fəaliyyət göstərirsə, InOtel-InResto-InCard məhsullarını birlikdə işlədə bilərsiniz.

№5 Tələb olduğunda məhsullarımız parallel istifadə olunan avadanlıq ilə (POS-avadanlıq, card-readerlər, elektron qıfıllar, access control sistemləri, telefon sistemləri və s.) tez və rahat inteqrasiya oluna bilər. Ondan başqa artıq inteqrasiya edilmiş və bizim proqram məhsullarımız ilə işləyən bir sıra avadanlıq mövcuddur.

№6 Məhsullarımız 3 dilli interfeysə malikdir (az, ru, en) və istənilən an istifadə dili dəyişilə bilər – proqramı yenidən bağlayıb açmağa ehtiyac yoxdur.

№7 Məhsullarımız məlumat bazasının idarəedilməsi üçün Microsoft SQL proqramını istifadə edir, bu da işinizi əlavə davamiyyət və təhlükəsizlik ilə təmin edir.

№8 Şirkətimiz Microsoft şirkətinin rəsmi tərəfdaşıdır və işçilərimiz Microsoft şirkətinin təlimlərində iştirak edib, müxtəlif sertifikatlara malikdirlər.

№9 Daimi yeniləmə və yeni funksionalın əlavə edilməsi. Mövcud və yeni müştərilərimizin, bazarda olan tələbləri və başqa amillərə uyğun olaraq hər bir məhsulumuz üçün il ərzində 2-3 yeni versiya hazırlanır. Yeniləmələr bizimlə texniki müqavilə əldə edən müştərilər üçün pulsuz yüklənir.

№10 Şirkətimiz kompleks İT, şəbəkə avadanlığı, müşahidə, nəzarət, POS-avadanlığı satışı və texniki dəstək vermək imkanına malikdir, buna görə də hər bir sifarişçi bizdən toplam və yekunlaşmış həll əldə edə bilər.