InShop
Store Management

Geniş profilli pərakəndə təşkilatlarında satışın, malların gedişatını və maliyyə fəaliyyətinin hesabatının aparılmasını təmin edən tam funksionala malik olan idarəetmə proqram kompleksi.
InShop – satış proseslərin idarəetməsini, anbar durmunun nəzarətini, alışların planlaşdırılmas və s. bu kimi faəliyyətləri təmin edən müxtəlif modullardan ibarət olan qolaylı iş platformasıdır. Eyni zaman proqram inzibati məsələlər və hesabatların hazırlanması üçün, satışların təkmilləşdirilməsi üçün marketinq alətlər və geniş imkanlar təqdim edir.
Proqram Microsoft SQL vasitəsi ilə idarə olunan məlumat bazası ilə işləyir, bu da öz növbədə əlavə etibarlılıq və təhlükəsizliyi təmin edir. Proqramın modulları server hissəsi ilə əlaqə saxlayaraq məlumatların daimi sinxronlaşmasını təmid edirlər. Sinxronlaşma və replikasiya variantları müxtəlif yollarla həyata keçirilə bilər – həm dərhal (proqramın klient hissəsi hər bir əməliyyatı keçirdiyi halda server ilə əlaqə saxlayır, lakin internet birləşmədə problemlər varsa, klient hissəsi işləməyəcək), həm də müəyyən müddət araları ilə (misal üçün, saatda 1 dəfə və ya 3 saatdan 1 dəfə, belə hallarda daimi internet birləşməyə ehtiyac yoxdur, amma şirkətin bir nöqtəsində baş verən dəyişiliklər serverdə öz əksini ləngimə ilə tapacaqlar).
Proqram bütün proseslərin və lazım olduğu halda əməkdaşların işini nəzarət etməyə, ondan başqa malların anbarda müxtəlif parametrlər üzrə üçotunu aparmağa imkan verir.
CRM modulu daimi müştərilər bazası ilə işi asanlaşdırır, promo və başqa məlumatın müştərilərə göndərilməsi, onların fəallığını izləmə imkanını verir. Tələb olunarsa InShop satış müəssisənin mövcud daimi müştərilərin dəstək sistemi ilə inteqrasiya oluna bilər.
Mobil terminallar modulu malların qəbul və təslim proseslərin sürətini artırmaq, anbarın təftişi, qaimələrin tez çap olunmasını və s. təmin edir. Modul sistemi satış müəssisənin müxtəlif şöbələrin və proseslərin bir-birinə bağlanmasını və məlumatların üçotu və işlənməsi üçün ümumi və vahid bazanı yaratmaq imkanını verir.
Xəbərdarlıq və xatırlatma sistemi menecerlərin və müəssisə rəhbərlərin işini daha da rahat və səmərəli edir.
Qeyd olunanlardan başqa, InShop-un seçilən xüsusiyyətlərdən birisi (bu xüsusiyyət Nova.Net şirkətinin başqa məhsullarına da aiddir) – müəssisənin işi barəsində tam məlumat alıb, gələcək planların işlənməsi üçün təhlili əldə etmək imkanı verən müxtəlif növ hesabatların hazırlanmasıdır.
InShop – başqa bənzər sistemlərdən fəqrlənən böyük pərakəndə şəbəkələr və satış müəssisələr üçün, sifarişçinin tələblərinə uyğunlaşdırma imkanı verən universal həlldir.