InResto
Restaurant / Cafe Automation

InResto ictimai qidalanma müəssisələrdə biznes proseslərin idarə edilməsini, nəzarəti, satış, təchizat, maliyyə əməliyyatların aparılmasını avtomatlaşdırılmış və rahat şəkildə həyata keçirməyə imkan verən proqram kompleksidir.
InResto menyunun sizə uyğun qaydada və formada yeməklərin şəkillərini və tərkibin təsvirini istidadə etmək ilə tərtib etmək imkanını verir. Ondan başqa zalda (və ya zallarda) masaların və qonaqların oturma yerlərini istənilən şəkildə yerləşdirilməsini və bunu proqramda sxematik əks etdirilməsini təmin edir.
Bununla bərabər bütün məlumatlar (həm menyuda – yemək çeşidi və qiymətlər, həm də zaldaki masalar) administrator (və ya başqa səlahiyyətli işçi) tərəfindən lazım olan an dəyişilə bilər, eyni zaman banket tipli məclislərin xidməti təşkil oluna bilər (banket menyusu, masaların yerləşdirilməsi və s.). Proqram daimi müştərilər üçün endirimlər tətbiq etmək, servis dəyərinin ayrıca hesaba salınmasını, bir masa arxasında müştərilər arasında bölünmüş hesabı hazırlamaq və başqa imkanlara malikdir.
InResto müəssisənin işçiləri və şöbələr arasında interaktiv əlaqə yaratmaq imkanı da təmin edir – ofisiant və ya administrator sifarişləri göndərdikdə mətbəx işçiləri üçün məyyən qeydlər edə bilərlər, ondan başqa xəbərdarlıq və xatırlatma sistemi vardır.
Proqram mövcud Daimi Müştəri Dəstəyi sistemi ilə inteqrasiya edilər bilə, bu da müxətlif mükafatlandırma, bonus, endirimlər və xüsusi təkliflərin daimi müştərilərə göndərilməsini (SMS və e-mail vasitəsi ilə) təşkil etmək imkanı yaradır.
BackOffice modulu “texnoloji kart” (hər bir yeməyin tərkibində olan ərzaqların siyahısı və miqdarı) əsasında yeməklərin dəyərinin hesablanmasını, anbarda ərzaqların və içkilərin durumunun, alışların nəzarətini təmin etmək və müxtəlif hesabatların geniş seçim imkanını yaradır.
Nova.Net şirkətinin başqa proqram məhsulları kimi InResto Microsoft SQL ilə idarə edilən məlumat basaları ilə işləyir və bu da lazım olan dəqiqliyi və təhlükəsizliyi təmin edir. Başqa proqramlarda ki kimi, InResto bir neçə restoranı bir nöqtədən idarə edilməsini və işin izlənməsini imkanına malikdir. Otellərdə istifadə olduqda InResto InOtel və (və ya) InCard proqramı ilə inteqrasiya edilə bilər, nəticədə bir müəssisə daxilində biznes proseslərin rahatlaşması və sürətlənməsi əldə etmək imkanı vardır.