InOtel
Hotel Management System

InOtel kompleksi mehmanxana və mehmanxana tipli təşkilatların (otel, pansionat, istirahət zonası, motel və s.) fəaliyyətinin nəzarəti və hesabatını təmin edən çox istifadəçi məlumat bazasıdır. Proqram otaqların rezervasiyası, qonaqların yerləşdirilməsi, hər otağın maliyyə hesabatını və başqa əməliyyatları keçirməyə imkan verir.
Proqram otaqların çevik rezervasiyası və qonaqların müxtəlif xidmətlərdən istifadəsini, ödəmələrini və otaqların durumunu nəzarət imkanını verən funksionala malikdir. Rezervasiya şöbəsi və otelin işçiləri otaqların müxtəlif şərtlər və növ bronetməni həyata keçirə, həftənin günlərindən, mövsumdan və konkret müştəri üçün xüsusi təklifdən asılı olaraq gündəlik qiymətini dəyişə bilərlər.
Bundan başqa qonaqlar istifadə edən hər bir xidmətin (restoran, Pay TV, internet, çamaşırxana, telefon zəngləri) qeydə alınması və hesaba əlavə edilməsi, elektron qıfıllar ilə inteqrasiya imkanı InOtel-i otelin inzibatiyyat və rəhbərlik üçün rahat bir alət edir. Nağd vəsaitlərin hərəkəti və kassa əməliyyatların uçotu xəzinənin vəziyyəti barəsində real rejimdə məlumat almaq imkanını yaradır.
Müəssisə rəhbəri müxtəlif işçilər üçün müxtəlif səviyyədə səlahiyyətlər təyin edə bilər (hər bir işçinin öz istifadəçi adı və şifrəsi olur). Proqram işçilərin etdiyi bütün dəyişiliklərin tarixçəsini yaddaşda saxlayır və bu da öz növbədə sizn biznesi zərərverici sui istifadə hallardan qoruyur.
Əlavə olaraq CRM və başqa funksiyalar InOtel-i hər bir qonaqpərvərlik sahəsində faəliyyət göstərən müəssisə üçün (balaca moteldən böyük Lüks klass otellərə qədər) lazım olan və kifayət edən bir həll edir.
Qeyd olunanlardan başqa, InOtel-in seçilən xüsusiyyətlərdən birisi (bu xüsusiyyət Nova.Net şirkətinin başqa məhsullarına da aiddir) – müəssisənin işi barəsində tam məlumat alıb, gələcək planların işlənməsi üçün təhlili əldə etmək imkanı verən müxtəlif növ hesabatların hazırlanmasıdır.
Otellər şəbəkəsi üçün nəzərdə tutulan xüsusi MultiOtel modulu isə otaqların rezervasiya və başqa xidmətləri, həmçinin işin nəzarətini bir nöqtədən həyata keçirməyə imkan yaradır. Proqram otelin administrator və rəhbərlik üçün istənilən vaxt dünyanın hər bir nöqtəsindən məlumatlara daxil olub nəzarət etmək imkanı verir.