Avadanlıq

Nova.Net şirkəti müəssisələrin işinə gərəkli olan və öz proqram təminatı məhsulları ilə lazım olduğu halda inteqrasiya edilə biləcək müxtəlif avadanlığı təklif edir.


POS avadanlıq

POS kompyuterlər, touch screen monitorlar, çek printeləri, barkod skanerləri, kard oxuyucuları və bu tipli başqa qurğular buraya daxildir. POS kompyuterlər məlumatın daxil edilməsini rahatlaşdırır və tezləşdirir, lazım olan malın və ya xidmətin sistemdə axtarışını, hesabları və çeklərin hazırlanma və çapını sürətləndirir.
Daimi müştərilərin dəstəyi proqramı ilə çalışan müəssisələr üçün barkod skaner və müxtəlif növ kart oxuyucuları lazım olan məlumatın, bonusların hesablanmasnın, endirimlərin təqdim edilməsinin həyata keçirilməsi üçün labud alətlərdir.
Çek printerlər ödəmə çeklərin və hesabların çap olunmasını, restoranlarda sifarişlərin mətbəxə ötürülməsini və başqa bənzər hallarda işin həyata keçirilməsini təmin edir.

Giriş-çıxış nəzarət sistemləri (Access Control)
Həm biometriya göstəriciləri (barmaq izləri, gözün torlu qişası), həm də elektron vasitələri (kartlar, qolbaqlar və s.) əsasında giriş və çıxışa izni vermək və nəzarəti təmin edən avadanlıq. Bundan başqa turniketlər, maqnit və elektron qıfıllar, bütün bu növ avadanlıq müəyyən otaqlara və ya binanın hissələrinə həm işçiləriniz həm də müştəriləriniz üçün daxil olmağın və çıxışın qadağan olunmasını, icazə verilməsini və məhdudlaşdırılmasını təmin edir.
Bunların vasitəsi ilə yalnız yerlər və onlara daxil olmaq və çıxmaq hüquqları deyil, həmçinin buna hansı vaxt həyata keçirilməsini mümkün olduğunu müəyyən edə bilərsiniz.
Müxətlif texnoloqiyalar (mifare, RFID, barkod) üzərində hazırlanmış sistemlər təklif oluna bilər.

Video müşahidə və təhlükəsizlik sistemləri
Videoizləmə, qorunma siqnalvermə və başqa təhlükəsizlik avadanlığı işçilərə, kassa əməliyyatlarına, satıcılara, reception-a nəzarət, eyni zaman təhlükəsiz işin təmin olunması, baş verən hadisələrin videoyazısına qeydə alınmasını təmin edən avadanlıqdır.
Sifarişçinin tələblərindən asılı olaraq həm analoq və həm də rəqəmasal tipli avadanlığın təminatı mümkündür. Hadisələrin daimi qeydə alınması, kameralara canlı rejimdə və yazılan videoməlumatına internet üzərindən biglisayardan və ya mobil qurğudan qoşulması təmin edilir.
Müxtəlif həcmdə məlumat yaddaş sistemlərinin (video məlumatın müxtəlif zaman ərzində arxivdə qalması üçün) quraşdırılması mümkündür. Proqram təminatı lazımı hadisənin video yazıların arasında tez tapılmasına imkan verir.

İP-telefoniya
İP-telefonia bir çox biznes proseslərin tezləşdirilməsini təmin edən keyfiyyətli və qolaylı rabitə üçün müasir texnoloqiyadır. Siz bu texnoloqiyanı daxil olan zənglərin doğru qəbul edilməsini, müştərilərdən sifarişlərin işlənməsini və şirkətinizin işçiləri arasında əlaqə yaratmaq üçün istifadə edə bilərsiniz, bu da kifayət rəqəmdə vaxtın və pulun qənaətinə çıxara bilər.
İP-telefoniya həlləri bu gün ki Call Center-lərin özəyidir, və bu da şirkətinizə geniş çeşiddə xidmətlərin həyata keçirilməsini və başqa imkanları təmin edir. İP-telefoniya ilə siz zənglərin yönəldilməsini, danışıqların qeydə alınmasını, sürətli əlaqə və işçilər arasında (istər bir ofis içində, istərsə müxtəlif nöqtələrdə, hətta xaricdə olduğu hallarda) keyfiyyətli və ucuz rabitə əldə etməsinə imkan verir.

Teleyayım və interaktiv TV
Video məlumatın əks edilməsini, zəruri məlumatın, reklam tipli videoların müştərilərə çatdırılmasını təmin edən Reklam və məlumat panelləri və elektron köşklər (Digital Signage)
Mərkəzi yayım nöqtəsi ilə əlaqədə olan və müvafiq məlumatı yayan ekranlar (displeylər) və terminallar istənilən məlumatı müştərilərə çatdırılma işini asanlaşdırır və müəssisənin işini daha gəlirli edir.
Otellər üçün otaqlarda televiziya yayım və interaktiv servisləri (PayTV, cari hesab barədə məlumat, yeməyin otağa sifarişi) təqdim edən avadanlıq da buraya daxildir.

IT, Kabel və kommunikasiya sistemləri
Data və başqa zəif akım kabel sistemləri, hablar, routerlər, paylaşdırıcı qurğular – bunlar sizin müəssisənin müxtəlif şöbələrini birləşdirən, eyni zaman müştəriləriniz üçün rabitə təmin edən informasiya-kabelləşmə strukturunu təşkil edən avadanlıqdır.
İnternetə qoşulma, müxtəlif nöqtələrdə WiFi rabitəni təmin edən qurğular, serverlər, telekommunikasiya avadanlığı, kommunikasiya dolabları və birləşmə nöqtələri, bütün bu avadanlığın quraşdırılması, strukturlaşdırılması və sazlanmaı – hər bir biznes seqmentində çalışan müəssisənin işin doğru təşkil edilməsinin ayrılmaz hissəsidir.

Elektrik kabellər, elektrik qidalanma
Buraya elektrik kabellər, paylaşdırıcı panellər, elektrik qidalanma və ehtiyat qidalanmanı təmin edən sistemlər daxildir. Tələbat üzrə ofisinizin, binanın kabel strukturlamanın səmərəli dizaynı gələcəkdə elektrik sisteminin nəzarət və idarə etmə imkanını yaradır, bu da öz növbədə enerjy sərfiyyatını kifayət qədər azaldır.
Eyni vaxt elektrik qoruma qurğuları (UPS, generatorlar, gərginlik tənzimləyiciləri) avadanlığınızın elektrik cərəyanından zədələnməsinə imkan vermir, onların istismar müddətini uzadır, işinizi boş dayanmaqdan və məlumatın itirilməsindən qoruyur.