Şirkətimiz

Nova.Net 2006-cı ildə Azərbaycan proqramçılar tərəfindən yaradılan və müxtəlif təşkilatlarda istənilən mürəkkəblikdə olan proseslərin avtomatlaşdırılması üçün proqram təminatının dizaynı və istehsalı ilə məşğul olan fərdi şirkətdir.

Nova.Net - 100%-li Azərbaycan təsis fondu və işçilər olan bir şirkətdir. Bizim şirkətimizin proqramçı işçiləri Azərbaycanda həyata keçirilən bir neçə proqram təminatı həllərin yaradılmasına aid olan qlobal layihələrində birbaşa və bilavasitə iştirak ediblər.
Proqram təminatının yaradılması sahəsində unikal təcrübələrin istifadə edilməsi və bir sıra yerli şirkətlər tərəfindən təklif olunmuş məsələlərin həllindən müvəffəqiyyətlə istifadə edilməsi, Nova.Net şirkətinə ixtisaslaşmış, təşkilatların biznes proseslərini tez və optimal avtomatlaşdıran, qözəl funksional xüsusiyətlərə malik olan proqramlar yaratmağa imkan verib.
İşçilərimizin yüksək səriştə səviyyəsindən əlavə şirkətimizi proqram təminatının yaradılmasına xüsusi yanaşması başqa şirkətlərdən fərqləndirir – çünki Nova.Net mütəxəssisləri hazırlıq, istehsal və tətbiq etmənin bütün mərhələrində iştirak edə bilirlər.
Sifarişçilərin tələblərindən asılı olaraq biznesin avtomatlaşdırması barəsində tam məsləhət xidməti (consulting) təklif edə və lazım olduğu halda istehsal prosesində A-dan Z-yə qədər iştirak edə bilərik. Buraya biznesin təkmilləşməsi üçün olan tələblərin müəyyən edilməsi və texniki tapşırıqdan başlayaraq proqram təminatının yaradılması və müəssisənin işinə tam yeridilməsi mərhələləri daxildir.
Bundan başqa şirkətimiz hər bir sifarişçinin fəaliyyətinin avtomatlaşdırma və təkmilləşməsi, vəsaitlərin və işin doğru idarəetməsi üçün lazım olan avadanlıqları təchiz etmək ilə hər bir halda xüsusiləşdirilmiş həllər təklif etməyə qadirdir. Sifarişçimizin fəaliyyətinin və iş prinsiplərinin xüsusiyyətlərini nəzərə almaq ilə effektiv həllərin təklifi və tətbiqi daha da mümkün olur, bu da öz növbə də proqram təminatının və avtomatlaşdırma sistemlərin istifadəsinin səmərə səviyyəsini artırır.
Bizim işə yanaşma üsulu istənilən halda həm yeni idarəetmə sisteminin sıfırdan yaradılması, eyni zaman mövcud olan sistemin təkmilləşməsi də ola bilər: istər mürəkkəb kompleks məhsul və ya sistem, istərsə də müstəqil çalışan proqram məhsulu. Hər bir halda doğru yanaşma hər iş fəaliyyətinin təkmilləşməsinə və xərclərin azaldılmasına, gəlirin artmasına gətirib çıxarır.